Слушать трек
Скачать в mp3
Текст песни:
Evimdən uzaqlarda bir yerlərdəyəm,
Hərdən gözüm yolda, hərdən qəmliyəm.
Bir boşluq içimdə zaman-zaman məni izləyir,
Çoxdandır evimdə əzizlərim məni gözləyir.
Həm sevincli, həm kədərli bir dünyadır, başqadır, qərib olmaq.
Həm doğrudan, həm yalandan əladır, əladır qərib olmaq.
Meh əsəndə gözü yumub, xəyalıyla xoşbəxt olub, sonra darıxmaq.
Doğmalardan uzaqlara, yol alanlara doğmadır qərib olmaq.
Salam vətən, burda saatlar başqadır.
Yenə intizar, yenə qərib yağışlar başladı.
Bəzən adi bir zəng həyəcan verər, ürəyim titrər.
Qorxursan qəfil bir bəd xəbər səni məhv edər.